Əsas Səhifə > Azərbaycan > Quyuya düşən şəxs və FHN əməkdaşı öldü -

Quyuya düşən şəxs və FHN əməkdaşı öldü -


18-07-2017, 18:03.
title}
Quyuya düşən şəxs və FHN əməkdaşı öldü -


Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb.

SİVİL.AZ bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Qurum rəsmisi bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşı quyuya düşən şəxsi xilas etmək üçün oraya düşüb. Bu zaman əməkdaş qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O. Bayramov qeyd edib ki, hadisə Sumqayıtda 76-cı məhəllədə baş verib.
Geri qayıt