Əsas Səhifə > Azərbaycan > Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu -
Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu -20-07-2017, 14:02. |
Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub. SİVİL.AZ istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib. Naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sportnet.az xəbər verir ki, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub. O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub. (Lent.az) Geri qayıt |