Əsas Səhifə > Azərbaycan > Bərdədə qətl: "Evdən çıxanda oğlumu asılmış vəziyyətdə gördüm"

Bərdədə qətl: "Evdən çıxanda oğlumu asılmış vəziyyətdə gördüm"


24-07-2017, 13:38.
title}
Bərdədə qətl: "Evdən çıxanda oğlumu asılmış vəziyyətdə gördüm"


Bərdə rayonunda baş verən qətl və intihar hadisələrinin bəzi təfərrüatları məlum olub.

SİVİL.AZ
-ın məlumatına görə, qətli törədərək intihar edən Saday Əliyevin atası Vaqif Əliyev hadisədən öncə ailələrində hər hansı münaqişənin baş vermədiyini deyib.

Onun sözlərinə görə, ailədə hər hansı narazılıq baş verməyib. O, gecə saatlarında həyətə çıxdığını və oğlunun meyitini eyvandan asılı vəziyyətdə aşkarladığını bildirib. Bundan sonra evə daxil olan V. Əliyev gəlininin öldüyünü, nəvələrinin isə xəsarət aldığının şahidi olduğunu bildirib.

Ailə üzvləri 1968-ci il təvəllüdlü S. Əliyevin Qarabağ müharibəsinin iştirakçısı olduğunu, son zamanlar psixoloji problemlərinin yarandığını, müalicə kursu keçdiyini açıqlayıblar.

Daxili İşlər Nazirliyi də Bərdədə baş vermiş qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb. Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır.

Araşdırma aparılır.(APA)


Geri qayıt