Əsas Səhifə > Azərbaycan > Bank müdiri tərəfindən döyüldüyü deyilən icra başçısının xanım müavini işdən çıxarıldı
Bank müdiri tərəfindən döyüldüyü deyilən icra başçısının xanım müavini işdən çıxarıldı25-07-2017, 16:04. |
Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub. SİVİL.AZ -ın Report-a istinadən xəbər verir ki, məlumatı Biləsuvar RİH təsdiqləyib. X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib. Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılmışdı. X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub. Geri qayıt |