Əsas Səhifə > Azərbaycan > Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?
Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?25-07-2017, 22:18. |
Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb. SİVİL.AZ bildirir ki, məşhurlarımız "Lider maqazin"in "Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz" suallarına belə cavab veriblər: Nail Naiboğlu: "Azərbaycandan kənarda dincəlməyi sevirəm. Çinə getmək istəyərdim. Ötən qış ailəmlə istirahətə getmişdim və 10 minə qədər pul xərclədim". Emil Bədəlov: "Türkiyədə istirahəti sevirəm. Elə olub ki, istirahətə 12 min manat xərcləmişəm. Onda subay idim. Bir yerdən gəlirim oldu, gedib dincəldim". Nazim Məmmədov: "Türkiyədə dincəlirəm. 5 min manat civarında pul xərcləmişəm". Niyam Salami: "İspaniyada olmaq istəyərdim. Bir istirahətə 5 mindən yuxarı xərcim çıxıb". Niyaməddin Musayev: "Azərbaycanda istirahəti sevirəm. Ən çox 500 manat xərcləmişəm". Aslan Hüseynov: "Türkiyədə istirahət xoşlayıram. 10, 20 min xərclədiyim olub". Nailə Mirməmmədli: "Alanyada dincəlməyi xoşlayıram. 6 minə qədər xərclədiyim olub". Ayaz Qasımov: "İstəyirəm avqustda Barselonaya gedim. 10-15 minə qədər istirahətə pul xərcləmişəm". Qaynarinfo.Az Geri qayıt |