Əsas Səhifə > Azərbaycan > Aptekdə vitrinin üzərinə yıxılaraq öldü
Aptekdə vitrinin üzərinə yıxılaraq öldü27-07-2017, 12:42. |
Lənkəranda ölüm hadisəsi baş verib. SİVİLAZ -ın Report-a istinadən xəbərinə görə, hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında kişi aptekə gəlib və burada qəfildən vitrin şüşələrinin üstünə yıxılıb. Bu zaman o, çoxsaylı kəsik xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölənin şəxsiyyəti müəyyənləşdirilir, fakt üzrə araşdırmalar davam etdirilir. Geri qayıt |