Əsas Səhifə > Azərbaycan > “Qarabağ”ın 800 minlik futbolçusu sıradan çıxdı
“Qarabağ”ın 800 minlik futbolçusu sıradan çıxdı10-08-2017, 00:30. |
“Qarabağ” klubunun yeni transferlərindən olan Donald Gerye zədələnib. SİVİL.AZ-ın məlumatına görə, zədə alan Haiti yığmasının üzvü böyük ehtimalla Premyer Liqanın ilk turunda “Neftçi”yə qarşı oynamayacaq. Onun avqustun 15-də Çempionlar Liqasında “Kopenhagen”ə qarşı forma geyinib-geyinməyəcəyi hələ bilinmir. Qeyd edək ki, Donald Gerye bu yay “Alanyaspor”dan “Qarabağ”a keçib. “Transfermarkt”ın 800 min avro qiymət qoyduğu haitili yarımmüdafiəçi Çempionlar Liqasında keçirdiyi 4 oyunda 2 qol vurub. (Fanat.az) Geri qayıt |