Əsas Səhifə > Azərbaycan > Məşhur azərbaycanlı müğənni tanınmaz hala düşdü -
Məşhur azərbaycanlı müğənni tanınmaz hala düşdü -10-08-2017, 14:59. |
"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. İfaçının çox arıqladığı diqqətdən qaçmayıb. SİVİL.AZ-ın məlumatına görə məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: "Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”. Qeyd edək ki, N. Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı. Geri qayıt |