Əsas Səhifə > Azərbaycan > "Təfəkkür" Universitetinin aqibəti necə olacaq?

"Təfəkkür" Universitetinin aqibəti necə olacaq?


15-08-2017, 09:00.
title}
"Təfəkkür" Universitetinin aqibəti necə olacaq?


Cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilən "Abituriyent" jurnalının sonuncu nömrəsində ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl ali təhsil müəssisələrinin adları yer alsa da, "Təfəkkür" universitetinin adı göstərilməyib. Əldə etdiyimiz məlumata görə, universitetə tələbə qəbulun aparılmaması ilə yanaşı, hazırda orada təhsil alan tələbələrinin bir qismi öz universitetlərini dəyişdirmək istəyirlər.

SİVİL.AZ bildirir ki, universitetin aqibəti, hələ ki, müəmmalı olsa da, rəhbərlik tərəfindən tələbələrdən 2017/2018-ci tədris ilinin təhsil haqqları tələb olunub. Bəs universitetdə qalıb təhsilini davam etdirmək istəyən tələbələrin aqibəti necə olacaq?

Təhsil Nazirliyindən sözügedən məsələ ilə bağlı ümumi olaraq bildirilib ki, Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Sabah portalda elektron ərizələrin qəbulu başa çatacaq. Mövcud qaydalara əsasən, hər bir tələbə portalın imkanlarından yararlanaraq təhsil aldığı ali təhsil müəssisəsini və eyni ixtisas qrupu çərçivəsində ixtisasını dəyişmək hüququna malikdir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Təsisçilər Şurası Təhsil Nazirliyinə müraciət edərək, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirmişdi. (qafqazinfo)
Geri qayıt