Əsas Səhifə > Azərbaycan > Taekvandoçumuz erməni rəqibini
Taekvandoçumuz erməni rəqibini22-08-2017, 17:04. |
Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Tayvanda təşkil edilən XXIX Yay Universiadasında gümüş medal qazanıb. SİVİL.AZ məlumat verir ki, 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan 21 yaşlı idmançı Fabio Mattelə (Fransa) 19:7, Yakob Barnettə (Böyük Britaniya) 17:9 və Xavier Perezə (İspaniya) isə 9:7 hesabı ilə qalıb gələrək yarımfinala yüksəlib. Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Tağızadə həlledici görüşdə rusiyalı Boris Krasnovla döyüşüb. O, 0:1 hesabı ilə uduzaraq Azərbaycana Universiadada üçüncü medalı qazandırıb. Daha əvvəl cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib. Qeyd edək ki, yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ilk rəqibi indoneziyalı Embrion Hidayətullaha (29:19) qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə uduzaraq (10:12) mübarizəni dayandırıb. (Report) Geri qayıt |