Əsas Səhifə > Azərbaycan > “Çelsi”nin baş məşqçisi:

“Çelsi”nin baş məşqçisi:


25-08-2017, 23:30.
title}
“Çelsi”nin baş məşqçisi:


"Bizim qrup çox çətindir. Amma belə turnirlərdə hər cür vəziyyətə hazır olmaq lazımdı".

SİVİL.AZ
xəbər verir ki, bu fikirləri “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsində rəqibi olan “Çelsi”nin baş məşqçisi Antonio Konte bu gün Londonda keçirdiyi mətbuat konfransında bildirib.

Məlum olduğu kimi, bu iki komanda “Atletiko” və “Roma” ilə birgə ÇL-in qrupunda C qrupunda yer alıb. İtaliyalı mütəxəssis qrup haqda indidən birmənalı fikir söyləyə bilməyib: “İndidən demək çətindir ki, yaxşı, yoxsa pis qrupdur. Vacib olan qrupda yaxşı oynamaq lazımdır”.

Konte milli komandasının baş məşqçisi kimi ölkəmizə 2 il öncə səfər edərək yığmamıza Bakı Olimpiya Stadionunda rəsmi oyunda 3:1 hesabı ilə qalib gəlib. İtaliyalı çalışdırıcı həmin dövrü belə xatırlayıb:

““Qarabağ” səfəri ən çətin olacaq. Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı oynamışam. İtaliya millisi ilə Bakıya getmişdik. Çox uzun səyahət oldu. Amma bu vəziyyətlə barışmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik”. (Sport24.az)
Geri qayıt