Əsas Səhifə > Azərbaycan > Balakəndə 12 yaşlı qız hamilə qaldı -

Balakəndə 12 yaşlı qız hamilə qaldı -


26-08-2017, 12:52.
title}
Balakəndə 12 yaşlı qız hamilə qaldı -


Balakəndə 12 yaşlı qız hamilə qalıb.

SİVİL.AZ bildirir ki, rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib. Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib. Balakən rayon Prokurorluğundan verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:

"Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkam tədbirləri görüləcək.

Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”. (Modern.az)
Geri qayıt