Əsas Səhifə > Azərbaycan > Polis Bakıda əməliyyat keçirib -

Polis Bakıda əməliyyat keçirib -


26-08-2017, 17:56.
title}
Polis Bakıda əməliyyat keçirib -


Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşlara məxsus şəxsi nəqliyyat vasitələrindən pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

SİVİL.AZ bildirir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Xətai rayonu “NZS” qəsəbəsində yaşadığı evin qarşısında ona məxsus “Mercedes” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd maqnitofon oğurlanıb.

Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş – Elvin Hüseynov, Elşən Ağayev, Qasım Novruzov və Nicat Hüseynov saxlanılıblar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onların cari il iyul ayının 30-dan avqustun 22-dək olan müddətdə Xətai rayonu ərazisində daha 6 nəqliyyat vasitəsindən mobil telefon, pul, akkumulyator və maqnitofon oğurladıqları məlum olub.

Dəstə üzvləri oğurluq yolla əldə etdikləri avtomobil ehtiyat hissələrini paytaxtın müxtəlif ərazilərində dəyər-dəyməzinə satıblar.

Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən daha bir nəfər saxlanılıb. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyulun 17-dən avqustun 14-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən, 2 mağazadan, habelə tibb müəssisəsindən pul, mobil telefon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov tutulub.

S. Zeynalovun ətrafında Yasamal RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun həmçinin bu ilin iyul ayı ərzində rayon ərazisində 1 mağazadan və 1 “Topaz” mərc oyunları məntəqəsindən pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Xətai və Yasamal Rayon Polis idarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların belə qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal, eləcə də Xətai Rayon Polis İdarələrinə müraciət edə bilərlər.

Polis Bakıda əməliyyat keçirib -

Polis Bakıda əməliyyat keçirib -

Polis Bakıda əməliyyat keçirib -

Polis Bakıda əməliyyat keçirib -

Polis Bakıda əməliyyat keçirib -

Polis Bakıda əməliyyat keçirib -

Polis Bakıda əməliyyat keçirib -

Geri qayıt