Əsas Səhifə > Azərbaycan > ABŞ Dövlət Departamenti Mehman Əliyevin həbsi ilə bağlı
ABŞ Dövlət Departamenti Mehman Əliyevin həbsi ilə bağlı27-08-2017, 11:40. |
ABŞ Dövlət Departamenti “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb. SİVİL.AZ xəbər verir ki, virtualaz.org-un məlumatına görə sənəddə deyilir: “Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – “Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. “Turan”a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır”. Xatırladaq ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə. Agentlik isə onun həbsindən sonra fəaliyyətini dayandırdığını bəyan edib. Geri qayıt |