Əsas Səhifə > Azərbaycan > Məmur oğlu içkili vəziyyətdə “İnfiniti” ilə qəza törətdi:
Məmur oğlu içkili vəziyyətdə “İnfiniti” ilə qəza törətdi:27-08-2017, 11:48. |
Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib. SİVİL.AZ "qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gecə saat 02.00 radələrində baş verib. Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib. İ. Həsənov ağır zərbədən heç bir xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir. Qeyd edək ki, məmur oğlu hazırda heç bir yerdə işləmir. Əvvəllər polis sistemində çalışıb. Geri qayıt |