Əsas Səhifə > Azərbaycan > AŞPA həmməruzəçiləri Bakıya gəlir

AŞPA həmməruzəçiləri Bakıya gəlir


30-08-2017, 03:00.
title}
AŞPA həmməruzəçiləri Bakıya gəlir


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabr ayında Bakıya səfər edəcəklər.

SİVİL.AZ xəbər verir ki, bu barədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycan üzrə növbəti hesabatı hazırlayırlar.

S. Şennak bildirib ki, hesabatın ilkin versiyası cari ilin oktyabrında Strasburqda AŞPA-nın sessiyası çərçivəsində təqdim olunacaq və müzakirəyə çıxarılacaq. (Report)
Geri qayıt