Əsas Səhifə > Azərbaycan / Üst manşet > Akif Əli üzr istədi -
Akif Əli üzr istədi -8-09-2017, 13:17. |
"Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa, üzr istəyirəm". SİVİL.AZ xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Əli Lütfi Zadə haqda işlətdiyi “fındıqbaş” ifadəsinin doğurduğu kəskin reaksiyalara cavab olaraq sosial şəbəkədəki hesabında yazıb. O, ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi Zadənin harada dəfn ediləcəyi ilə bağlı müxbirin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış verdiyi tələsik sualın tələsik cavabının haqlı narazılıq doğurduğunu bildirib: “Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!” (Kult.az) Geri qayıt |