Əsas Səhifə > Azərbaycan > Sovet dövrünün seks-simvolları illər sonra -

Sovet dövrünün seks-simvolları illər sonra -


11-09-2017, 00:00.
title}
Sovet dövrünün seks-simvolları illər sonra -


Sovet dövründə anadan olanların müəyyən film qəhrəmanları var. SSRİ-nin istehsal etdiyi müəyyən filmlərdəki sitatları əzbərdən bilənlər də kifayət qədər çoxdur. Bəs bu filmlərdə kamera qarşısına keçən və milyonların sevgisini qazanan aktrisalara görəsən illər necə təsir edib? Bu aktrisalar SSRİ-nin seks-simvolları sayılırdı.

SİVİL.AZ xəbər verir ki, Sovet dövrünün məşhur filmlərinin məşhur aktrisalarının indiki fotolarını təqdim edir:

Natalya Varley

Sovet dövrünün seks-simvolları illər sonra -


Tamaşaçılar onu "Qafqaz əsiri" filmindən tanıyırlar. Rejissor Leonid Qayday məhz bu rola Natalyanı 500 namizəd arasından seçib. Film ekranlara çıxdıqdan sonra aktrisa şöhrətin zirvəsinə ucalıb. Hazırda 70 yaşlı aktrisa nadir hallarda kamera qarşısına keçir.

Marqarita Terexova

Sovet dövrünün seks-simvolları illər sonra -


"Dartanyan və 3 muşketyor" filmində mənfi obraz yaratsa da, dövrün seks-simvollarından sayılırdı. Uzun illər sonra Marqarita özünü rejissor kimi sınadı və "Qağayı" filmini ekranlaşdırdı. Hazırda 75 yaşlı atkrisa xəstəlikdən əziyyət çəkir.

Anastasiya Vertinskaya

Sovet dövrünün seks-simvolları illər sonra -


Bakıda çəkilən filmlərdən biri də "Amfibiya adam" filmidir. Aktrisa Anastasiya Vertinskaya da "Amfibiya adam" və "Master və Marqarita" filmlərinən sonra məşhurlaşıb. Hazırda 73 yaşlı Anastasiya pedaqoq kimi fəaliyyət göstərir.

Natalya Andreyçenko

Sovet dövrünün seks-simvolları illər sonra -


Mavi gözlü sarışın Sovet İttifaqında Meri Poppins obrazı ilə məşhurlaşdı. Bu rol Natalyanı xalqın sevimlisinə və seks-simvola çevirdi. Sonradan aktrisa SSRİ-nin məşhur aktyorları ilə filmlərdə rol aldı. 61 yaşlı aktrisa sonradan bir sıra plastik əməliyyat keçirdi.

Vera Alentova

Sovet dövrünün seks-simvolları illər sonra -


Vera "Moskva göz yaşlarına inanmır" filmi ilə məşhurlaşıb. Sonradan aktrisa plastik əməliyyata meyl edib. Artıq xarici görünüşü tanınmayacaq dərəcədə dəyişilsə də, pərəstişkaları hələ də onu çox sevir.

Yelena Kondulaynen

Sovet dövrünün seks-simvolları illər sonra -


Cazibədar Yelena SSRİ-də seks-simvol ünvanına layiq görülən ilk aktrisalardan biridir. "Əmrdən yüz gün əvvəl" filminin ekranlara çıxması sovet kinosunda əsl inqilab idi. Cəmiyyət ilk dəfə erotik səhnələr gördü. Təbii ki, film böyük rezonansa və qalmaqala səbəb oldu. Bununla yanaşı seks-simvol ünvanını da Yelenaya qazandırdı. Növbəti filmlərdə aktrisa seksuallığını gizlətməyə çalışırdı. Hazırda 59 yaşlı Yelena gözəlliyini plastik əməliyyat sayəsində qorumağa çalışır.

Yelena Proklova

Sovet dövrünün seks-simvolları illər sonra -


"Mimino" filmində canlandırdığı Larisa İvanovna obrazı ilə məşhurlaşıb. Andrey Mironov və Oleq Yankovski ilə eşq macərası yaşayıb. Çoxsaylı rolları ona seks-simvol ünvanını qazandırdı. Yelena bir müddət kinonu ataraq siyasətə də qoşuldu. Hazırda 64 yaşı var.

Svetlana Svetliçnaya

Sovet dövrünün seks-simvolları illər sonra -


Bir hissəsi Bakıda lentə alınan filmlərdən biri sayılan "Brilliant əl" filmi ilə məşhurlaşıb. Vaxtilə çox utancaq olan Svetlana anasının təkidi ilə aktrisa olub. Onun gözəlliyi qarşısında heç kəs dayana bilmirdi. Bu gözəllik rejissor Qaydayı da məftun etdi və "Brilliant əl" filminə dəvət etdi. Filmdə Svetlana Nikulinin obrazı qarşısında rəqs edir. Sovet dövründə bəzən bu hissəni kəsib çıxarsalar da, epizodik rol Svetlayana böyük populyarlıq qazandırdı. 77 yaşlı aktrisa hələ də gözəlliyini qoruyub saxlayıb.

Svetlana Toma


Sovet dövrünün seks-simvolları illər sonra -


1976-cı ildə ekranlara "Tabor səmaya gedir" filmi çıxdı. Qaraşın Svetlana bu filmdən sonra məşhurlaşdı. Toma filmdə sinəsini açmaq riskinə getdi. O dövrdə demək olar ki, filmdə bunu edən olmamışdı. Təbii ki, kadrlar böyük rezonansa səbəb oldu. Hazırda 70 yaşlı aktrisa bəzi epizodik rollara çəkilir. (Ölkə.Az)
Geri qayıt