Əsas Səhifə > Azərbaycan / Manşet > BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar

BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar


12-09-2017, 08:56.
title}
BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar


BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının üzvləri ABŞ tərəfindən hazırlanan qətnaməni yekdilliklə dəstəkləyiblər.

Qərarla KXDR-dən tekstil mallar almaq qadağan edilir, qaz kondensatı tədarükünə embarqo qoyulur, həmçinin ölkəyə xam neftin idxalı məhdudlaşdırılır. Sənəddə KXDR ətrafında vəziyyətin sülh yolu ilə həllinin vacibliyi, Koreya yarımadasında vəziyyətin gərginləşməsinin regional təhlükəsizlik üçün əsas təhdid olduğu qeyd olunub.

Qeyd edək ki, öncə rəsmi Vaşinqton həmçinin Şimali Koreyaya qarşı tam neft embarqosunun qoyulması, KXDR-in lideri Kim Çen İnin aktivlərinin dondurulmasını və onun xaricə səfərinin qadağan edilməsini təklif edirdi.

Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Qətnamə layihəsi üzrə müzakirələr bir həftə davam edib. (APA)
Geri qayıt