Əsas Səhifə > Azərbaycan > Şəhid ailələri Sumqayıt İcra Hakimiyyətindən

Şəhid ailələri Sumqayıt İcra Hakimiyyətindən


13-09-2017, 10:32.
title}
Şəhid ailələri Sumqayıt İcra Hakimiyyətindən


Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsinin onlara verilən torpaq sahələri ilə bağlı narazılığı var.

SİVİL.AZ xəbər verir ki, bu haqda xeberle.com-a şəhid ailəsi üzvü Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bir neçə il öncə şəhid ailələrinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətinə əsasən, onlara Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən Yaşıldərə yaşayış massivinin 5 və 6-cı məhəllələrindən torpaq sahəsi verilib.

Buna baxmayaraq, şəhid ailələrinin böyük bir qisminə verilən ərazi bataqlıq və qamışlıq olduğuna görə orada nəinki ev tikə, heç yaxınlaşa da bilmirlər. Şikayətçinin sözlərinə görə, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsindən istifadənin mümkün olmaması narazılıq yaradıb: "Bəlkə də, 10 il öncə şəhid ailələrinə həmin torpaq sahəsi bir o qədər də vacib deyildi, ancaq artıq şəhid övladları böyüyüblər, ailə qurublar, onların mənzilə ehtiyacı yaranıb. Bizim istəyimiz odur ki, şəhər icra hakimiyyəti, bələdiyyə həmin əraziyə əl gəzdirsin, normal vəziyyətə gətirsin. Bununla şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı siyasətini davam etdirmiş olarlar”.

Sözügedən məsələ ilə bağlı sayt Sumqayıt şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən verilən məlumata görə, bəzi ərazilərdə həmin bataqlıqlar qurudulub: "Bu iş davam edəcək. Bataqlıq olan ərazilər qurudularaq, tam istifadəyə yararlı vəziyyətə gətiriləcək. Bununla bağlı layihələndirmə işi aparılır”.
Geri qayıt