Əsas Səhifə > Azərbaycan > Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyinə qarşı vergi sanksiyasını
Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyinə qarşı vergi sanksiyasını19-09-2017, 11:48. |
Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib. SİVİL.AZ-ın xəbərinə görə, "Turan"ın yaydığı məlumatda bildirilir ki, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub. Məktubda deyilir ki, agentliyin 27 min 253 manat borcu və daha 9.294 manat faiz borcu var. Qeyd edək ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur. Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması gözlənilir. Xatırladaq ki, avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də isə həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb. M. Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyyətdən sui-istifadə) , 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb. (APA) Geri qayıt |