Əsas Səhifə > Azərbaycan / Üst manşet > ANS açılacaq? - MTRŞ-dən
ANS açılacaq? - MTRŞ-dən21-09-2017, 17:45. |
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib. SİVİL.AZ xəbər verir ki, MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ANS TV-nin açılması mümkün deyil. "Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T. Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib. MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir. Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirib. (azvision.az) Geri qayıt |