Əsas Səhifə > Azərbaycan / Üst manşet > Jurnalist Xədicə İsmayılova məhkəməyə müraciət edib
Jurnalist Xədicə İsmayılova məhkəməyə müraciət edib22-09-2017, 16:01. |
Jurnalist Xədicə İsmayılova ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı yenidən Binəqədi rayon Məhkəməsinə müraciət edib. SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, X. İsmayılovanın iş üzrə sənədləri bu gün məhkəməyə təqdim olunub. Qeyd edək ki, bir müddət əvvəl X. İsmayılova ölkədən çıxışına qadağanın götürülməməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Şikayət təmin edilməyib. X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Geri qayıt |