Əsas Səhifə > Azərbaycan > Almaniya parlamentinin nümayəndə heyəti Bakıya

Almaniya parlamentinin nümayəndə heyəti Bakıya


22-09-2017, 16:13.
title}
Almaniya parlamentinin nümayəndə heyəti Bakıya


Almaniya parlamentinin nümayəndə heyəti oktyabrın 2-4-də Bakıda səfərdə olacaq.

SİVİL.AZ oxu.az-a istinadla xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir.

Almaniya nümayəndə heyətinə Bundestaqın deputatı Kai Gerinq rəhbərlik edəcək.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2017-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər.
Geri qayıt