Əsas Səhifə > Azərbaycan > "AVRO-2017": Millimiz Macarıstana
"AVRO-2017": Millimiz Macarıstana22-09-2017, 21:14. |
Qadın voleybolçular arasında "AVRO-2017"yə start verilib. SİVİL.AZ fanat.az-a istinadla xəbər verir ki, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirir. A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstan millisini sınağa çəkib. Rəqib ilk setdə yığmamıza müqavimət göstərsə də, 23:25 hesablı yenilgiyə razılaşmalı olub. İkinci setdə komandamız rəqibini böyük hesabla üstələyib - 25:14. Son setdə 25:16 hesablı qələbə qazanan voleybolçular matçı qalibiyyətlə başa vurub - 3:0. Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək. AVRO-2017 A qrupu I tur 22 sentyabr Macarıstan - Azərbaycan 0:3 (23:25, 14:25, 16:25) Macarıstan: 1. Qreta Szakmari, 2. Fruşina Tot, 3. Renata Şpin, 5. Kata Czina, 8. Jujanna Talas, 9. Bernadett Dekani, 11. Nikolett Sus, 13. Lilla Villam, 14. Edina Dobi, 15. Rita Liliom, 16. Viktoriya Naqi, 17. Reka Bleyçer, 21. Kata Török. Baş məşqçi: Alberto Salomoni. Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova. Baş məşqçi: Faiq Qarayev. Hakimlər: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya). Bakı. Milli Gimnastika Arenası. Geri qayıt |