Əsas Səhifə > Azərbaycan > ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir23-09-2017, 12:58. |
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana gəlir. SİVİL.AZ bildirir ki, APA-nın ATƏT PA-ya istinadən verdiyi məlumata görə, onun regiona səfər sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Səfər sentyabrın 30-da başa çatacaq. Səfər zamanı bolqarıstanlı parlamentar hər üç ölkədə dövlət rəsmiləri, parlament liderləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək. Geri qayıt |