Əsas Səhifə > Azərbaycan > Daha bir erməni təxribatının qarşısı alınıb
Daha bir erməni təxribatının qarşısı alınıb26-09-2017, 14:09. |
14-21 sentyabr tarixlərində Yaponiyada keçirilən “Tourism Expo Japan” sərgisində Ermənistan tərəfi yenə təxribata əl atmağa çalışaraq, Ermənistana aid stendə Azərbaycanın işğal ounmuş ərazilərindən yaradılmış qondarma rejimi təbliğ edən materiallar yerləşdirməyə cəhd göstərib. SİVİL.AZ bildirir ki, Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, Azərbaycanın Yaponiyadakı səfirliyinin vaxtında müdaxiləsi çərçivəsində Ermənistan tərəfinin beynəlxalq turizm sərgisinin qondarma rejimin siyasi təbliğat meydanına çevrilməsinin qarşısı alınıb. Sərgidə Azərbaycan stendi fəaliyyət göstərib və çərçivəsində Azərbaycanın turizm potensialı barədə Yaponiya ictimaiyyətinə məlumat çatdırılıb. Geri qayıt |