Əsas Səhifə > Azərbaycan / Üst manşet > MTRŞ sədri ATV-nin rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirdi
MTRŞ sədri ATV-nin rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirdi26-09-2017, 19:20. |
“ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir”. SİVİL.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib. Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib: “Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”. N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb: “Bu verilişlərin bağlanması yerində atılmış addımdır”. MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır. Geri qayıt |