Əsas Səhifə > Azərbaycan > DYP əməkdaşı tələbə qızı avtomobillə vurdu
DYP əməkdaşı tələbə qızı avtomobillə vurdu28-09-2017, 15:13. |
Bu gün saat 13:00 radələrində paytaxtda Azərbaycan Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub. SİVİL.AZ xəbər verir ki, bu barədə Sherg.az-a hadisənin şahidi olan əməkdaşı məlumat verib. O bildirib ki, DYP əməkdaşı əks yolla hərəkət edərək, qoşa xətti tapdalayıb və yolu keçmək istəyən tələbəni vurub: “Tələbənin vəziyyəti ağır idi. Onu taksiyə qoyub, xəstəxanaya apardılar. DYP isə həmin taksinin arxasınca getdi”. Geri qayıt |