Əsas Səhifə > Azərbaycan > “Barselona”nın problemi orta xəttədir” –
“Barselona”nın problemi orta xəttədir” –2-04-2017, 00:40. |
İtalyalı məşqçi Fabio Kapello Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”la qarşılaşacaq “Barselona”nın şanslarını dəyərləndirib. SİVİL.AZ-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, F.Kapello hər iki komandanın da şanslarının eyni olduğunu deyib: “Çox həyəcanlı 180 dəqiqə olacaq. Fikrimcə, komandaların şansları 50/50 dir” O, “Barselona”nın orta yarımmüdafiə xəttinin zəif, öndə oynayan futbolçuların isə möhtəşəm olduğunu bildirib: “Luis Enrikenin əsas problemi komandasının orta xəttin zəif olmasıdır. Güclü futbolçuları olmasına baxmayaraq, hələ də Xavinin yerini dolduracaq biri yoxdur. İniyesta da tez-tez zədədən əziyyət çəkir. Hücumda oynayan futbolçularsa çox möhtəşəmdir. Luiz Suares “Barselona”nın çoxdan axtardığı hücumçu idi. Neymar öz üzərində çox çalışır. Messi də hər zaman olduğu kimidir. Bu üç futbolçu rəqib müdafiəçilər üçün hər zaman qorxuludur”. Geri qayıt |