Əsas Səhifə > Azərbaycan / Üst manşet > Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi
Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi29-09-2017, 13:28. |
Ali Məhkəmədə həbsdə olan Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayətinə baxılıb. SİVİL.AZ xəbər verir ki, Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Ali Məhkəmə şikayəti qismən təmin edib və Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. İş yenidən Apellyasiya Məhkəməsinə göndərilib. Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti təmin edilməyib. ("Qaynarinfo") Geri qayıt |