Əsas Səhifə > Azərbaycan / Üst manşet > Baş prokuror: Dağlıq Qarabağa səfər edən Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilib
Baş prokuror: Dağlıq Qarabağa səfər edən Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilib30-09-2017, 11:35. |
"Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək, erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluq dərhal cinayət işi qaldırıb". SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, həmin şəxslər beynəlxalq axtarışa verilib: "Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Onlar əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcək, onlar haqqında cinayət işi başlanacaq". Geri qayıt |