Əsas Səhifə > Azərbaycan / Üst manşet > Baş prokuror Gözəl Bayramlının həbsindən danışdı
Baş prokuror Gözəl Bayramlının həbsindən danışdı30-09-2017, 13:13. |
Azərbaycanın Baş prokuroru Zakir Qaralov “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı məsələyə münasibət bildirib. SİVİL.AZ-ın ölkə.az-a istinadən məlumatına görə, Z. Qaralov jurnalistlərə açıqlamasında deyib ki, “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur: “İstənilən vergi ödəyicisi vergi qanunvericiliyini pozmamalıdır”. AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı məsələyə də toxunan Z. Qaralov bu barədə danışmağın hələ tez olduğunu söyləyib: “Bu məsələ ilə bağlı danışmaq hələ tezdir. Çünki qarşıda istintaq və məhkəmə prosesləri var. Hesab edirəm ki, Azərbaycanda gömrük və vergi qanunvericiliyinin tələblərinin pozulması cinayətdir. Bəzi müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri öz xarici havadarlarının vasitəsi ilə ölkə qanunvericiliyinin tələblərini pozaraq, xaricdən onlara ötürülən pulları ayrı-ayrı ölkələrdən alırlar. Bu cür hallar qanun pozuntusu olduğu üçün biz bu cür halları aşkar edən zaman dərhal müdaxilə edirik. Qanunun tələbləri ilə bu cür şəxslər həbs edilir”. Geri qayıt |