Əsas Səhifə > Azərbaycan > Vəkili İlqar Məmmədovla görüşə bilməyib

Vəkili İlqar Məmmədovla görüşə bilməyib


30-09-2017, 14:16.
title}
Vəkili İlqar Məmmədovla görüşə bilməyib


Sentyabrın 29-da 2 saylı Cəzaçəkmə Müəssisəsində vəkil Fuad Ağayevin müvəkkili REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşünə icazə verilməyib.

SİVİL.AZ-ın məlumatına görə, vəkil Amerikanın Səsinə bildirib ki, vəsiqəsini təqdim etdikdən sonra onu 50 dəqiqəyə yaxın gözlədiblər. Daha sonra sənədləri qaytarıblar və vəkil otağının məşğul olduğunu bildiriblər, bazar ertəsi gəlməyi tövsiyə ediblər. Vəkilin görüş üçün başqa otaq vermək təklifinə cəzaçəkmə müəssisəsinin rəhbərliyi cavab verməyib.

“Bütün bunlar vəkilin və İlqar Məmmədovun özünün hüquqlarının pozulması deməkdir, mənim istənilən vaxt müvəkkilimlə görüşmək hüququm var”, - Fuad Ağayev qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ilin yanvarInda İsmayıllı hadisələri ilə bağlı həbs edilib, 7 il müddətinə azadlıqdan məhrum olunub.
Geri qayıt