Əsas Səhifə > Azərbaycan > Adnan Oktarın “kedicik”ləri pulu belə qazanır

Adnan Oktarın “kedicik”ləri pulu belə qazanır


2-10-2017, 00:40.
title}
Adnan Oktarın “kedicik”ləri pulu belə qazanır


İstanbul Baş Prokurorluğu tanınmış teleaparıcı və ilahiyyatçı Adnan Oktarın "kedicik"ləri və "aslan"larının etdiyi yüzlərlə şikayətdən cana yığılıb.

SİVİL.AZ xəbər verir ki, iddiaya görə, sosial media hesablarında ədəbsiz görüntülərini paylaşan şagirdlər, vətəndaşlar tərəfindən tənqid və təhqirə məruz qalır. Daha sonra onlar yazılan rəylərə eyni şəkildə cavab verərək, izləyiciləri daha da qıcıqlandırır.

Daha sonra, böyük bir hüquq şirkəti ilə müqavilə bağlayan müridlər, onları söyən izləyicilərin yerini araşdırıb tapırlar. Vəkillərin əli ilə "şərəf və ləyaqətin müdafiəsi" yönündə yüzlərlə məhkəmə prosesi başlayır.

Əsl hüquqi oyun isə məhkəmə prosesindən sonra baş tutur. Belə ki, məhkəmə iclaslarını qazanan "kedicik"lər 1500 lirə məbləğində məhkəmə xərclərini cavabdehlərə ödətdirib, özləri isə minlərlə lirə təzminat alırlar.

Qeyd edək ki, Adnan Oktarın ən çox tanınan müridi Didem Ürerin məhkəmə binasında 166 şikayət ərizəsinin olduğu, eyni şikayətlərin digər "kedicik"lər tərəfindən də edildiyi ortaya çıxıb. (publika.az)
Geri qayıt