Əsas Səhifə > Azərbaycan > Milli Şura Bakıda mitinq keçirib
Milli Şura Bakıda mitinq keçirib7-10-2017, 20:54. |
Bakı şəhər Baş Polis İdarəsi bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb. SİVİL.AZ-ın məlumatına görə, idarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. Geri qayıt |