Əsas Səhifə > Azərbaycan / Üst manşet > Maşallah Əhmədov azadlığa buraxıldı

Maşallah Əhmədov azadlığa buraxıldı


8-10-2017, 13:56.
title}
Maşallah Əhmədov azadlığa buraxıldı


Dələduzluqda təqsirləndirilərək 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış futbolçu Maşallah Əhmədov azadlığa çıxıb.

SİVİL.AZ
xəbər verir ki, Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, atası dünən, oktyabrın 7-də sərbəst buraxılıb.

M. Əhmədov cəzasının 4-də üç hissəsini çəkdiyi üçün güzəşt edilərək vaxtından 2 ay əvvəl əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

T. Əhmədov bildirib ki, atasının səhhətində müəyyən problemlər yaranıb, böyrəklərində ağrılar var.

Qeyd edək ki, ittihama görə, M. Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.

M. Əhmədov 2017-ci il yanvarın 30-da məhkəmə zalında həbs edilib.
Geri qayıt