Əsas Səhifə > Azərbaycan > Mehriban Xanlarova "Maşın şou"dan getdi? -
Mehriban Xanlarova "Maşın şou"dan getdi? -16-10-2017, 11:37. |
Dünən Akademik Milli Dram Teatrında "Çippolino" tamaşası oynanılıb. SİVİL.AZ bildirir ki, "Ölkə.Az"-ın məlumatına görə gənc rejissor Əlif Cahangirlinin hazırladığı tamaşa böyük maraqla qarşılanıb. Maraq doğuran digər məqam isə hazırda "Maşın şou"da iştirak edən əməkdar artist Mehriban Xanlarovanın səhnəyə çıxması olub. O, albalı obrazını canlandırıb. Rejissor Əlif Cahangirli əməkdaşımızla söhbətində bunları deyib: "Mehriban Xanlarova teatrımızın təcrübəli və sevilən aktrisalarındandır. Bildiyiniz kimi, hazırda "Maşın şou"da iştirak edir. Ancaq onun əsas iş yeri Akademik Milli Dram Teatrıdır. Ona görə də öncədən belə bir razılaşmamız oldu ki, tamaşalarda iştirak edəcək. Eyni zamanda həmin şouda da iştirakı davam edir". Qeyd edək ki, məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanan tamaşada aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər. Geri qayıt |