Əsas Səhifə > Azərbaycan > “Azərbaycan ABŞ üçün mühüm ölkədir” -

“Azərbaycan ABŞ üçün mühüm ölkədir” -


16-10-2017, 12:06.
title}
“Azərbaycan ABŞ üçün mühüm ölkədir” -


“Cənub Qaz Dəhlizi layihəsi dünya səviyyəsində mühüm layihələrdən biridir”.

SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Səfir bildirib ki, layihənin ümumi dəyəri 40 milyard dollar civarında qiymətləndirilir: “Biz əlaqələrimizdə daha geniş iqtisadi münasibətlər görürük. Ümid edirəm ki, bu görüş Azərbaycan iqtisadiyyatına mühüm töhfə verəcək. Azərbaycan ABŞ üçün mühüm ölkədir. Rusiya və İranla sərhəd ölkə olması onu nəqliyyat sahəsində mühüm ölkəyə çevrilir. Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək istəyirik. Ümid edirəm ki, bu görüşdə biznes nümayəndələri əməkdaşlığımızı necə inkişaf etdirmək və Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə necə kömək edə biləcəklərinin yollarını tapacaqlar”.
Geri qayıt