Əsas Səhifə > Azərbaycan > Azərbaycanlı hakim Avropa Liqasının qrup mərhələsində
Azərbaycanlı hakim Avropa Liqasının qrup mərhələsində16-10-2017, 12:38. |
Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. SİVİL.AZ xəbər verir ki, həmyerlimiz L qrupunun oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) qarşılaşmasını idarə edəcək. Oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq. Qeyd edək ki, Əliyar Ağayev bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Vitoriya" (Portuqaliya) - "Zalsburq" (Avstriya) oyununu idarə edib. ("Qaynarinfo") Geri qayıt |