Əsas Səhifə > Azərbaycan > Azərbaycanın icra başçıları: Südçü, baytar, jurnalist, iqtisadçı, neftçi... -
Azərbaycanın icra başçıları: Südçü, baytar, jurnalist, iqtisadçı, neftçi... -2-04-2017, 15:17. |
İcra başçıları və onların personası hər zaman oxucu üçün maraqlı mövzulardan sayılıb. Onların arasında əsəbisi var, çox danışmaqla arası olmayanı var, işgüzarı var, qalmaqallı açıqlamaları ilə yaddaqalanı var. Elə bu nəzərdən SİVİL.AZ "Qaynar"-a istinadən ölkəmizin rayonlarınnda icra başçısı postunu tutan bəzi şəxslərin təhsilləri və ixtisasları haqda məlumatları təqdim edir: Əvvəlcə başlayaq Abşeron Rayon İcra Hakimiyyətinin başçısından. Məlumat üçün bildirək ki, bu İcra Hakimiyyətinin başçısı Azərbaycanda yeganə olaraq xanımdır. İradə Gülməmmədova 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun (indiki ATU) "Pediatriya" fakültəsini bitirib. İradə xanım həm də tibb üzrə təhsil alan yeganə icra başçısıdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Kərim oğlu Məmmədov 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsindən məzun olub. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Həsənov Kamal İltifat oğlu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunlarındandır. K. Həsənov 1978-ci ildə bu institutu bitirərək, iqtisadçı ixtisasına yiyələnib. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Usubov Şahmar Şahhüseyn oğlu 1971-1972-ci illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub. 1974-1979-cu illərdə həmin İnstitutun Maddi-Texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinin iqtisadçı ixisasının qiyabi şöbəsini bitirib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Raqub Allahverdi oğlu da Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Məhərrəm Böyükağa oğlu Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Abıyev Əhəd Mikayıl oğlu 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutundan məzun olub. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Yediyarov Ramiz Qəni oğlu 1984-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilib. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Seyidov Arif Akif oğlu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat, Gürcüstan Dövlət Aqrar Universitetinin hüquq fakültəsini bitirib. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Muxtarov Əhməd Kərəm oğlu D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə qəbul olub, 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. 1973-cü ildən 1977-ci ilə qədər həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxuyub və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Bağırov Rövşən Elmidar oğlu 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Hüseynov Rafil İsrafil oğlu 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakültəsini bitirib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Zeynalov Tofiq Məhəmmədəli oğlu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. Texnologiya ixtisası üzrə təhil alan İcra Hakimiyyəti başçıları Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Hüseynov Eyvaz Mövsüm oğlu 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis-sistemotexnik ixtisasına yiyələnib. Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəçilik Akademiyasının məzunudur. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Hacıyev Vilyam Fəhralı oğlu Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Qasım oğlu Seyidəliyev 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunun diplomunu alıb. 1983-1985-ci illərdə isə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub. Astara Rayonu İcra Hakimiyyətinin başçısı Ağayev Qəzənfər Arif oğlu 1990-ci ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Vəliyev Elmar Rüstəm oğlu 1979-cu ildən 1986-cı ilə qədər Azərbaycan Texnologiya Universitetində təhsil alıb, mühəndis-texnoloq ixtisasına yiyələnib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 2001-ci ildə həmin fakültənin məzunu olub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlu 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun mühəndis-mexanik fakültəsində təhsil alıb. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Həbib oğlu Hüseynov Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Müstəqim Səyyad oğlu 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitunu, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını başa vurub. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Əhmədzadə Mübariz Cuma oğlu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini Mühəndis-mexanik ixtisası üzrə bitirib. Neft və kimya ixtisası diplomu olan rayon rəhbərləri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əzizov Əziz İmran oğlu Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Cəfərov Ceyhun Fərrux oğlu 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı İsaqov Malik Xizir oğlu 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı İsmayılov Nazim Mehdi oğlu Azərbaycan Neft və Kimya İnstitutunu və 1974-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Qocayev Alı İbrahim oğlu 1965-ci ildə Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsinə daxil olub, 1974-cü ildə həmin institutu bitirərək, elektromexanik-mühəndisi ixtisasına yiyələnib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlu 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Vəliyev İsmayıl Məhərrəm oğlu 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruzov Novruz Nəcəf oğlu Bakı Dövlət Universitetinin kitabxanaçı, Bakı Sosial İdarəetmə Politologiya insititutunun Politoloq ixtisası üzrə bitirib. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı 1982-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1988-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub. Bəziləri kitab yazıb Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun təhsili ilə bağlı Rayon İcra Hakimiyyətinin saytında da məlumat verilmir (Ancaq onun əmək fəaliyyətinə Abşeron Südçülük Sovxozunda başladığı faktdır. Xəzər Aslanov Abşeronun sabiq icra başçısı, ölkə səviyyəsində tanınan mərhum Qəşəm Aslanovun oğlludur-Mia.az) Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Adil Məcnun oğlunun təhsili ilə bağlı heç bir məlumat verilmir. Sadəcə, bir neçə kitab və elmi məqalənin müəllifi olduğu qeyd olunur. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor adı verilib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İsayev Vidadi İsa oğlu 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib, tarix elmləri namizədidir. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyev "Naxçıvan" universitetini bitirib. Qax Rayon İcra Hakimiyyətinin başçısı Şəkiliyev Musa Şaban oğlu Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Ayaz Nəriman oğlu 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Ağayev Asif Əzizağa oğlu 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun inşaatçı-mühəndis ixtisası üzrə bitirib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Yaşar Qəhrəman oğlu SSR Daxili İşlər Nazirliyi Minsk Ali Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Alxasov Şair Balaşərif oğlu Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Nəzərli Aqil Ağaxan oğlu Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Səfərov Bayram Əsəd oğlu ixtisasca iqtisadçıdır. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Babayev Lütvəli Babəli oğlu 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirib. Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən Təkmilləşdirmə İnstitutunun sənaye sahələrinin idarəedilməsi ixtisasını da bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Sadiq oğlu Məmmədov 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb(Yeniavaz.com). Mia.az bildirir ki, hazırda Azərbaycanda icra başçısı vəzifəsi tutan bəzilərinin diplomları şübhəlidir. Hətta mediada və cəmiyyətdə bəzi icra başçılarının diplomlarının saxta olması haqda yetərincə təkzib edilməyən məlumatlar yayılıb. Bundan əlvaə, bəzi icra başçılarının ixtisasllarını gizlətməsi və ya dəyişdirməsi ilə yanaşı, onların ikinci təhsili qanunsuz yollarla aldıqları haqda da ciddi söhbətlər dolaşır. Geri qayıt |