Əsas Səhifə > Azərbaycan / Üst manşet > Yeniyetmələrə tətbiq olunacaq yeni cəzanın həddi
Yeniyetmələrə tətbiq olunacaq yeni cəzanın həddi17-10-2017, 17:16. |
Azərbaycanda cinayətə görə yeni tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəza növünün yetkinlik yaşına çatmayanlara təyin ediləcəyi ən aşağı və ən yuxarı hədd məlum olub. SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 85-ci (Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri) maddəsinə yeni bəndin əlavə edilməsi təklif edilir. Yeni bəndə görə, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara 2 aydan 2 ilə qədər müddətə təyin ediləcək. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla, azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Geri qayıt |