Əsas Səhifə > Azərbaycan > Azərbaycanlı kriminal avtoritet həbsdə ölüb
Azərbaycanlı kriminal avtoritet həbsdə ölüb23-10-2017, 11:36. |
Azərbaycanda məhbus ölüb. SİVİL.AZ-ın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dwnyasını dəyişib. Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib. Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib. (APA) Geri qayıt |