Əsas Səhifə > Azərbaycan / Üst manşet > Şeyxin qudasının oğlunun istintaqı
Şeyxin qudasının oğlunun istintaqı23-10-2017, 14:17. |
Sabiq deputat Hacı Qalib Salahzadənin oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. SİVİL.AZ-ın xəbərinə görə, vəkil Cavanşir Məmmədov bildirib ki, istintaqın yekunlaşması elan edilib. Tərəflər işlə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək. Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. (APA) Geri qayıt |