Əsas Səhifə > Azərbaycan > "Lotu Quli" azadlığa buraxılıb

"Lotu Quli" azadlığa buraxılıb


24-10-2017, 23:28.
title}
"Lotu Quli" azadlığa buraxılıb


Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb.

SİVİL.AZ
bildirir ki, APA-nın məlumatına görə, oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda "Lotu Quli" ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.

N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.

Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Onun vəkilləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

"Lotu Quli"nin azadlığa buraxılması barədə ilk olaraq "musavat.com" saytı məlumat yayıb.
Geri qayıt