Əsas Səhifə > Azərbaycan > Oksananı döydüyü üçün saxlanılan Elşad Xose danışdı
Oksananı döydüyü üçün saxlanılan Elşad Xose danışdı28-10-2017, 13:23. |
Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Xosenin hazırda Binəqədi rayon Polis İdarəsində olması barədə xəbər yayılıb. SİVİL.AZ-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsindən "Qafqazinfo”ya Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir. Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır. Məsələ ilə bağlı Elşad Xose ilə əlaqə saxladıq. Yenicag.az-a açıqlamasında Xose yayılan xəbərin əsassız olduğunu bildirdi: "Bu xəbəri kim yayıb bilmirəm. Mən öz işimdə-gücümdəyəm, nə polis, nə izahat. Yek kəlmə, boş söhbətlərdir. Polis məni araşdırırsa, mən özüm də elə bu xəbəri yaymaqda məqsədi olanları araşdırıram”. Geri qayıt |