Əsas Səhifə > Azərbaycan > Məhkəmə Akif Çovdarovun general rütbəsindən məhrum edilməsi üçün prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarıb
Məhkəmə Akif Çovdarovun general rütbəsindən məhrum edilməsi üçün prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarıb30-10-2017, 23:15. |
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcək. SİVİL.AZ bildirir ki, APA-nın xəbərinə görə, bu barədə bu gün Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə xüsusi qərar qəbul olunub. Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Geri qayıt |