Əsas Səhifə > Azərbaycan / Üst manşet > "Qoca"nın qaçışı: Daha bir qadin həbs olundu
"Qoca"nın qaçışı: Daha bir qadin həbs olundu31-10-2017, 11:31. |
Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva barəsində həbs-qətimkan tədbiri seçilib. SİVİL.AZ Report-a istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi G.Atakişiyevanın barəsində üç aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. G.Atakişiyeva və onunla birgə saxlanılan taksi sürücüsü (adı hələ məlum deyil) Bakı İstintaq Təcridxanasına köçürülüb. Taksi sürücüsünün "Opel" markalı avtomobili Penitensiar Xidmətdə saxlanılır. Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Bundan başqa, ötən gün barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilmiş müğənni Fədayə Laçının (Fədayə Məmmədova) da avtomobili Penitensiar Xidmətində saxlanılır. Onun bu gün Bakı İstintaq Təcridxanasına köçürülməsi gözlənilir. Məlumata görə, Fədayə Laçın "Qoca" ləqəbli Etibar Məmmədova maliyyə dəstəyi verib. Geri qayıt |