Əsas Səhifə > Azərbaycan > Bakıda keçirilən xüsusi əməliyyatda "Qoca" və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb

Bakıda keçirilən xüsusi əməliyyatda "Qoca" və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb


2-11-2017, 10:39.
title}
Bakıda keçirilən xüsusi əməliyyatda "Qoca" və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb


Bakıda keçirilən xüsusi əməliyyatda iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

SİVİL.AZ
bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən gecə paytaxtın Qaradağ rayonu ərazisində “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən xüsusi əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib. Atışmada polisə silahlı müqavimət göstərən Etibar Məmmədov və İlqar Əlihümbət oğlu Əzimov məhv edilib.

Əməliyyat zamanı Anar Əsgərov yaralanıb.

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov Anar Əsgərovun vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib. O bildirib ki, 1988-ci il təvəllüdlü A. Əsgərovun həyatı üçün həyati təhlükə yoxdur: “Güllə onun çiyin sümüyündən girib dirsəyə qədər irəliləyib. Hazırda güllə çıxarılmayıb. Qolunun sümüyü sınıb. Lazımı tibbi müdaxilədən sonra onu ifadə verməsi üçün istintaqa aparacaqlar”. (APA)
Geri qayıt