Əsas Səhifə > Azərbaycan > ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir”

ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir”


3-11-2017, 15:00.
title}
ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir”


“ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır. Biz münaqişənin həllinə dəstək veririk".

SİVİL.AZ
-ın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Azərbaycan və Ermənistan prezidentlərin son görüşü barədə suala cavabında səfir ATƏT-in Minsk qrupu həmsədrlərinin bununla bağlı bəyanatını xatırladıb.

“Prezidentlərin son görüşü ilə bağlı həmsədrlər bəyanat verib. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkilinə dəstək veririk və bu iş davam etdirilir. Ümid edirik ki, münaqişə sülh yolu ilə həll olunacaq. Münaqişənin sülh yolu ilə həlli vacibdir”, - deyə diplomat qeyd edib. (APA)
Geri qayıt